Menu

"Aİ Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil" - Viktor Orban

08.12.2023, 16:52
"Aİ Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil" - Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Ukraynanı üzvlüyə qəbul etməyə hazır olmadığnı açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə V.Orban Fransanın “Le Point” jurnalına müsahibəsində deyib.

O bildirib ki, Avropa Komissiyasının Kiyevin üzvlük üçün yeddi ilkin şərtdən dördünü yerinə yetirməsi barədə məlumat doğru deyil.

V.Orban, həmçinin Ukraynanın dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri olduğunu söyləyib: “Biz üzvlüklə bağlı danışıqlar prosesinə başlamağa qərar verə bilmərik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol