Menu

“Qapılarımız beynəlxalq qurumların nümayəndələrinə açıqdır” - Məzahir Pənahov

08.12.2023, 17:00
“Qapılarımız beynəlxalq qurumların nümayəndələrinə açıqdır” - Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov müraciət edən beynəlxalq qurumların nümayəndələrinə qapıların açıq olduğunu bəyan edib.

“Report”un xəbərinə görə, bunu M.Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

“Beynəlxalq qurumların nümayəndələri bizə müraciət edəndə həmişə qapılarımız onlara açıq olub”, - sədr deyib.

Onun sözlərinə görə, müəyyən qərəzli münasibət görəndə də, bunu açıq şəkildə müzakirə edirlər:

“Yenə də müzakirələrimiz açıq olacaq. Yenə də beynəlxalq təkilatlar hansı məsələ qaldırsa, biz bunu açıq şəkildə ictimaiyyətə çatdıracağıq və müzakirələri də o cür aparacağıq. Mətbuatı da dəvət edəcəyik o proseslərdə iştirak etsinlər. Burda yaradılan şəraitdən istifadə etməyib, gedib kimdənsə soruşub bizə edilən şikayəti qəbul etməyəcəyik. Biz bütün mərhələlərdə şərait yaradırıq, ancaq bəziləri bu yaradılan şəraitdən istifadə etmir, gedir qırqadan kiminsə dediyinə inanır. Ancaq bəzən qurumlar siyasi əhəmiyyət daşıyan məsələlərə diqqət edirlər”.

Şərhlər

B.Qarabağlı 2023-12-08 21:07:23

Dövlətimiz daimi İslahatlarla göstəricilərimizi güclü inkişaf etmiş avropa ölkələrinə çatdırmaqdadır! Gələcəyi daha dəyərli sərvətlərimizlə yanaşı daha mütərəqqi texnolojiləri avropaya ötürmə ərəfəsindəyik. Sizin də qapılarınız ilk növbədə daha faydalı Azərbayan vətəndaşlarına daim açıq olmalı deyilmi?

Azərbaycanlı 2023-12-08 19:36:03

Dünyada ən böyük seçki moşeyniki

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol