Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Qəzza zolağının əhalisinə humanitar yardımın daha bir partiyasını - ərzaq və ilkin tələbat mallarını çatdırıb.
"AzPolitika.info" xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
"Rusiya xilasediciləri Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə 20 tondan çox ərzaq və ilkin tələbat mallarını təhvil veriblər. Bundan sonra humanitar yük Qəzza zolağının sakinlərinə göndəriləcək", - idarədən bildiriblər.
Ümumilikdə, Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası artıq bölgəyə 315 tondan çox humanitar yük çatdırıb. Bunlara qida, dərman və ilkin ehtiyaclar daxildir.


Şərhlər