Menu

MƏHƏRRƏM ƏLİYEV VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Yeni vəzifəyə təyin edildi

09.12.2023, 11:59
MƏHƏRRƏM ƏLİYEV VƏZİFƏSİNDƏN AZAD OLUNDU -  Yeni vəzifəyə təyin edildi

Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Dövlət başçısının digər sərəncamı ilə general-polkovnik Məhərrəm Abış oğlu Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Prezidentin növbəti sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb

Şərhlər

Mubariz 2023-12-10 11:07:52

Məhərrəm Əliyev Əli İnsanovla quda idi , Əli tutulan kimi qudalıqda qurtardı ,vəzifə hərisliyi bu insanlarda bütün dəyərlərdən üstündür ,polis idi,indi oldu diplomat

Prezidentini sevən 2023-12-09 23:06:24

Cənab Prezident, nə üçün Şəki İcra Hakimiyyətini istefaya göndərmirsiniz ? Şəki əldən gedib ??? Bütün vəzifələr, bütün yerlər , bütün imtiyazlar özlərinə məxsusdur ! Dairə seçki məntəqələrində işləyənlərdə özlərinə məxsusdur. Onların vəzifədə olması vətəndaşların dövlətə olan inamını öldürür !

müəllim 2023-12-09 20:27:14

Məhərrəm Əliyev ləyaqətli insandı Allah kğməyi olsun Amin

müəllim 2023-12-09 15:28:39

Məhərrəm Əliyev dəyərli insan Allah yolunuzu rəvan eləsin

EMİL 2023-12-09 12:13:44

Məhərrəm Əliyevin neçə yaşı var? Nitə təqaüdə göndərilmir.?Belə hallara görə gənclər işsiz qalıblar.Bier də Məhrrəm nə vaxtdan diplomant olub?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol