Menu

Dilqəm Əsgərov dıramı – insanləğın yaşadığı faciə

12.10.2020, 16:18

Cəmiyyət yaranandan bugünəcən tarixdə çox sayda müharibələr, qanlı qırğınlar baş verib. Elə son iki dünya müharibəsi bəşəriyyətə olmazın faciələr və ağrılar yaşadıb. Müharibələr nə qədər dəhşətli və qanlı olsa da, sonda han­sısa sülh anlaşması ilə başa çatıb. Tərəqqipərvər bəşəriyyət hər zaman müharibələrə qarşı olub bunları qınasa da, təəs­süflər olsun ki, hələ də bu qırğınların qarşısı alınmayıb. Nə yazıqlar ki, uzaq kosmosda həyat, yaşayış axtaran, dilindən “sülh” sözü düşməyən “homo sapiens” insanların yeganə məskəni olan Yer üzündə bu gün də qan axıtmaqdan əl götürməyib və milyonlarla insanın həyatını cəhənnəmə çevirib.

Tarixən xalqların da sülhsevərləri və davakarları olub. Elə xalqlar da var ki, onların xəmiri fitnədən yoğrulub, həyat tərzləri, xarakterləri riyakarlıq, güclüyə quyruq bula­maq, zəifi tapdalamaq üzərində qurulub. Min cür şeytani oyunlardan çıxan bu məxluqların işi-peşəsi qonşularına quyu qazmaq, ələ fürsət düşən kimi kürəyinə bıçaq sapla­maq­dan ibarət olub. Bunun ən bariz nümunəsi bu gün öz bədnam hərəkətləri ilə bütün dünyanın yuxusunu qaçıran bədnam ermənilərdir. Sağalmaz millətçilik azarına tutulan bu toplum guya türkün onlara düşmən olduğu yalanını uydu­raraq bütün dünyanın zəhləsini töküb. İddiaları yerə-göyə sığmayan, özlərinə saxta tarix yaradaraq başqa millət­lərdən üstün olduqlarını car çəkib qonşularının torpağına və sərvətinə göz dikmələri sonda bu xəstə millətin özünü də faciə girdabına yuvarlayıb. Bu gün özlərini gah hay, gah erməni adlandıran, bəşəriyyətin sabahını millətçilik və din pərdəsi altında təhdid edən bu insanlıq düşmənləri erməni­lər artıq iki əsrdir Azərbaycan xalqına olmazın əzablar yaşatmaqdadır. Havadarlarının köməyi ilə qədim Azərbay­can torpaqlarında Ermənistan adlı quldur bir dövlət yaradan ermənilərin xəstə ehtirasları son illər daha da qızışaraq bütün sərhədləri aşıb.

Bu gün adı az qala beş qitədə tanınan Dilqəm Əsgə­rovun başına gələnlər müdhiş bir insanlıq faciəsi, erməni­liyin növbəti vəhşiliyidir. Dilqəm Əsgərov erməni terroru­nun və erməni faşizminin on minlərlə qurbanlarından biri­dir və təəssüf ki, ona qarşı həyata keçirilən vandalizm akt­ları “mədəni dünya”nın gözləri qarşısında baş verir. Erməni faşizminin ən dəhşətli işgəncələrinə məruz qalan Dilqəm Əsgərovun yeganə günahı türk olması və Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Kəlbəcər rayonunun Şaplar kəndində doğulmasıdır. Dilqəmin ata-babası, nəsli-kökü, mənsub olduğu xalq yüzillərdir bu qədim Oğuz yur­dunda yaşamışdır. Özü də sıradan sadə bir vətəndaş olaraq sakit həyatını davam etdirərkən illər öncəsi hər şey bir anda on minlərlə soydaşı kimi, onun üçün də cəhənnəm əzabına çevrildi. Ötən əsrin axırlarında ermənilərin Azərbaycanın Yuxarı Qarabağ ərazisində separatçılıq hərəkatına başla­ması Dilqəmin də həyatını alt-üst etdi.

Dilqəm ağlına da gətirməzdi ki, nə vaxtsa ata-baba yurduna həsrət qala, doğma kəndini, ata-anasının qəbrini ziyarət etməyi belə ona ən böyük bir cinayət saya bilərlər.

Qarabağ münaqişəsinin səbəbi və tarixi bugün hamıya yaxşı məlumdur. Qısa məğzi bundan ibarətdir ki, iki əsr öncə Azərbaycanın şimal əraziləri rus imperiyası tərəfindən işğal olunandan sonra ruslar dünyanın müxtəlif ölkələrində yaşayan erməniləri tələm-tələsik kütləvi şəkildə bu ərazil­ə­rə köçürüb azərbaycanlıların evlərində, torpaqlarında məs­kun­laş­dırmağa başladılar. Çox keçmədi ki, Azərbaycanın qərb ərazisində əvvəlcə hibrid erməni vilayəti, daha sonra­lar isə qurama Ermənistan dövləti yaradıldı. Rus imperiyası və ermənilərin digər havadarları bundan sonra da Azərbay­ca­nın digər ərazilərinə erməniləri köçürtmək siyasətini davam etdirdilər. Növbəti mərhələdə Qarabağı hədəfə alan erməni-rus faşizmi gələcəkdə Azərbaycanı içdən söküb dağıtmaq üçün uzunmüddətli işğal siyasəti planlaşdırdı. Rus imperiyasının Qarabağı siyasi-coğrafi cəhətdən aran və dağlıq hissəyə bölməsinin özü də gələcək iyrənc məqsəd­lərə hesablanmış növbəti bir hiylə idi. Vaxtilə Qarabağ xanlığının ərazisi Göyçə gölü, Zəngəzur, Naxçıvanın da bir hissəsi daxil olmaqla qədim Azərbaycan torpaqlarının böyük bir qismini əhatə edirdi. Sonradan Laçını, Kəlbəcəri, Qubadlını, Zəngilanı və digər əraziləri Qarabağdan kənar ərazi elan etmək də uzun illərə hesablanmış məkrli siyasə­tin bir parçası idi.

Bəlkə də Kəlbəcər Qarabağ coğrafiyasında yeganə ra­yon­lardan idi ki, tarixən bu ərazidə bir nəfər də olsun ermə­ni yaşamamışdı və işğala qədər də belə olmuşdu. Lakin erməni xəyanəti XX əsrdən başlayaraq Kəlbəcərin də başı üstündən bir Domokl qılıncı kimi asılıb qalmışdı. 1918-ci ildə daşnak Andronikin quldur dəstələri Laçından keçib Qarabağın ürəyi Şuşaya hücum edəndə Göyçə tərəfdən də digər erməni-daşnak birləşmələri Kəlbəcəri işğal edib bu istiqamətdən Şuşaya girməyə can atmışdılar. Sultan bəyin və silahdaşlarının Laçında göstərdiyi tarixi qəhrəmanlığın analoqunu Kəlbəcərin igid kişilərindən olan Məşədi Cəmil öz silahdaşları ilə Kəlbəcərdə təkrarlamışdı. O illərdə erməni quldurlarını nəinki Kəlbəcər sərhədlərindən, Göyçə­dən belə qovub çıxaran döyüşçülərimiz Göyçə gölünün qərb hissəsinə qədər gedib çıxmışdılar.

Müharibələrin də beynəlxalq təşkilatlar və dünya bir­liyi tərəfindən qəbul edilmiş öz qaydaları var. Mülki əha­liyə – qocaya, qadına, uşağa silah işlətmək insanlıq tərə­fin­dən ən böyük cinayət hesab edilir və onlar müharibə canisi sayılır. Ancaq erməni vəhşilərinin Qarabağda – Xocalıda, Malı­bəy­lidə, Kərkicahanda, Ağdabanda və Azər­bay­canın yüzlərlə kənd və şəhərində törətdikləri ağlasığmaz vəhşi­liklər nəinki bugünəcən mühakimə olunub, bu vanda­lizm hərəkətləri özlərini tərəqqipərvər bəşəriyyət hesab edən dövlətlər tərəfindən hələ də görməzlikdən gəlinmək­dədir.

Qeyd etdiyim kimi, Dilqəm Əsgərov Kəlbəcərdə doğul­muş, buranın suyu, havası ilə böyümüşdü. Doğma yer­lərin təkrarsız gözəlliyi onun qəlbində və yaddaşında silinməz vətən sevgisi yaratmışdı. Dünyanın harasında olur-olsun bir gün də Kəlbəcəri görməyəcəyini ağlına belə gətirməmişdi. Arada Rusiyaya işləməyə gedəndə də hər il doğma yerlərə dönər, Kəlbəcərin daşını, torpağını ziyarət edər, canında bir rahatlıq duyardı.

Ana vətənin başı üzərini növbəti dəfə erməni faşiz­mi­nin qara buludları alanda Dilqəm Əsgərov dərhal vətənə dön­dü, doğma torpaqları qorumaq üçün ölüm-qalım savaşına atıldı. Qüvvələrin qeyri-bərabər olduğu qanlı döyüş­lərdə canından artıq sevdiyi doğma torpaqları erməni-rus hərbi birləşmələri tərəfindən işğal olunandan sonra bir gün də olsun özündə dinclik tapa bilmədi. Dünyanın bu işğalla barışmayacağını zənn edib doğma yerlərə dönəcəyi günün həsrəti ilə yaşadı. Lakin işğal uzandıqca onun da ümidləri sarsılmağa başladı. Ata-anasının, doğmalarının qəbirlərini ziyarət etmək, xaraba qalmış ata ocağına baş çəkmək ona bir an da olsun dinclik vermədi. Və günlərin bir günü bütün təhlükələri, ölümü belə gözə alaraq gizli yollarla doğma yerlərə yollandı.

Beynəlxalq hüquqi aktlar və öhdəliklər müharibələr zamanı mülki əhalinin yaşam haqqını silah gücünə məh­dud­laşdırmağı qəbul etmir. Bir daha xatırlatmaq istəyirəm ki, tarix boyu çox müharibələr, qanlı savaşlar olub. Qalib tərəflər işğal etdikləri əraziləri özlərinə tabe etsələr də, yerli insanları doğma yurd-yuvalarından çıxarmayıblar. Hətta XX əsrin ən qanlı diktatorlarından olan Hitler də işğal etdiyi ölkələrdə, yəhudilər istisna olmaqla, heç bir yerli əhalini kütləvi şəkildə qətliama və deportasiyaya məruz qoy­mayıb. Ancaq ermənilərin bu məsələdə də cinayətləri heç bir kitaba sığmır. Quldur dövlət olan Ermənistan Azər­bay­canın işğal olunmuş ərazilərində yerli əhalini kütləvi qətliama məruz qoymaqla yanaşı, onları silah gücünə son nəfərinəcən doğma yurdlarından qovub, didərgin salıb.

Ermənilərdən fərqli olaraq, azərbaycanlılar yurd-yuvaya, vətənə qırılmaz tellərlə bağlı insanlardır. Onlar torpaq uğrunda şəhid olmağı ən şərəfli məqam hesab edirlər. Haqq dünyasına qovuşmuş doğmalarının qəbirlərini ziyarət etməyi mənəvi borc sayırlar.

Dilqəm Əsgərov növbəti dəfə doğma kəndini, ata-anasının qəbrini ziyarət edərkən erməni işğalçıları tərəfin­dən əsir götürüldü. O zamanlar onun əsir düşdüyü səhnənin videosunu paylaşan ermənilər utanıb-qızarmadan yaşlı bir azərbaycanlını öz kəndində əsir götürməyi bütün dünyaya bir qəhrəmanlıq, qələbə kimi təbliğ etdilər.

Dilqəmin əsir götürüldüyü səhnədəki bir foto­dan boy­lanan qartal baxışları, sanıram ki, bütün insanlığa yönəlmiş ən böyük ittihamdır. O, “mədəni dünya”dan sual edir ki, bu taleyi yaşamaqda suçu nədir? Polad bədənli, qartal baxışlı bu insan bu fotoda qədim yunan mifologi­ya­sı­nın qəhrəman­la­rından olan məğlubedilməz Herakla, yaxud Qaf dağında zəncirə vurulmuş Prometeyə bənzəyir. Bəlkə də bənzət­məm­də çox uzağa getdim. Elə özümüzün “Kitabi-Dədə Qorqud” boylarımızdakı Bamsı Beyrəkdi. Yağı zin­da­nın­da oğuz igidlərinin onu xilas edəcəyi günün ümidi ilə yaşayır.

O səhnəni səbəbsiz xatırlamadım. Əsir götürülməsin­dən az sonra Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Dilqəm Əsgərovun əsirlikdəki şəkilləri yayıldı. O şəkli görəndə bir anda qanım qurudu. Yəqin ki, o anda bu dəh­şətli hissi azacıq insanlıq qanı olan hər kəs yaşadı. İlahi, erməni vəhşiliyi nə qədər ölçüyəsığmaz imiş? İnsana nə boyda əzab, işgəncə vermək olarmış ki, az müddətdə nəinki onun bədəninin əti, sümükləri belə ərisin?

Dilqəm Əsgərovun bir fərd olaraq ağrılı, işgəncəli girovluq həyatı bu gün də davam edir. Ermənilər bu vəhşilikləri ilə Azərbaycan xalqına sanki göz dağı verirlər. Beynəlxalq təşkilatların, vicdanlı insanların saysız-hesabsız müraciətlərinə, Dilqəm Əsgərovun Rusiya Federasiyasının vətəndaşı olmasına baxmayaraq, ermənilər hələ də onu əsir saxlayır, yaşatdıqları məşəqqətli həyatdan həzz alırlar. Dilqəmin bəlkə də yeganə təsəllisi, bu vəhşi işgəncələr qarşısında sağ qala bilməsinin səbəbi zindanın Vətən torpağında olması, udduğu havanın Vətən havası olmasıdır.

Bu gün Azərbaycan Ordusu işğal altındakı əsir yurdlarımızın erməni vəhşilərinin işğalından azad olunması üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Az bir zaman içərisində xəstə düşüncələri ilə özlərini qalib, məğlubedilməz sayan erməni ordusu darmadağın edilib. Quyruğu qapı arasında qalan məkrli düşmən yenə də vay-şivən quraraq özünün yazıq obrazını yaradır, köhnə ağalarından kömək istəyir. İşğal etdiyi torpaqlarda özünü təcavüzə uğrayan tərəf kimi təqdim edib bu dəfə də vəziyyətdən çıxmağa çalışır. Ancaq inanırıq ki, yaxın zamanlarda torpaqlarımızın işğalı başa çatacaq. Qarabağı azad edən Azərbaycan Ordusu Dilqəm Əsgərova da azadlıq gətirəcək. Bu azadlıq ona doğma Kəlbəcərdə, ata yurdu Şaplar kəndində yaşamaq haqqını da tanıyacaq. O günlərdə Dilqəm Əsgərovu ziyarət etmək arzusu ilə.

İlham MƏMMƏDLİ,

filologiya üzrə fəlsəfə doktoru,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

aparıcı elmi işçisi 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol