Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələr vətənə xəyanətdə ittiham olunan sabiq deputat İlya Kivanın qətlə yetirildiyi yerdən eksklüziv foto və videolar paylaşıb.
“AzPolitika.info” xəbər verir ki, həmin kadrlar “Ukrainskaya Pravda” vasitəsilə mətbuata ötürülüb.
Fotoda Kivanın qətldən az sonra qarda üzü üstə uzandığı və onun ətrafındakı qan ləkələri görünür. Videoda isə Kivanın qətlinə hazırlaşan xüsusi xidmət orqanı əməkdaşının müşahidə postu əks etdirilib.

Məlumatda bildirilir ki, Kiva tez-tez çoxsaylı anti-Ukrayna videolarını paylaşdığı yerin yaxınlığında qətlə yetirilib.
Qeyd olunur ki, o, Ukrayna xüsusi xidmətinin prioritet hədəflərdən biri idi. Sabiq deputat uzun müddət müşahidə altında olub, onun səyahət marşrutları, gündəlik rejimi və vərdişləri ətraflı öyrənilib. Ciddi təhlükəsizlik tədbirlərinə və qorunmasına baxmayaraq, Ukrayna Təhlükəsizlik Xidməti onu Moskva yaxınlığında məhv edə bilib.
“AzPolitika.info”
спостережний пункт, де на державного зрадника Киву очікувало покарання...
відео джерел УП в СБУ pic.twitter.com/20XQTldMo5

Şərhlər