“Hizbullah” və HƏMAS hərəkatları Ukraynada lazım olan bütün silahları qanunsuz yolla ala bilərlər.
«AzPolitika.info» saytı TASS-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib. «Bilirsiniz, mən sizinlə tam səmimi olmaq istərdim, keçmişdə biz beynəlxalq hüququ nəzərə alaraq və işğalçı ilə qarşıdurma kontekstində (İsrail nəzərdə tutulur - red.) «Hizbullah», HƏMAS və «İslami Cihad»a hər cür dəstəyi verirdik», - nazir Doha forumunda jurnalistlərə bildirib.
«Məndən bu təşkilatların silahları haradan əldə edə biləcəklərini soruşsanız, onları əldə edə biləcəkləri qara bazarlardan biri də Ukraynadır. Çox asanlıqla, çox səy göstərmədən Ukraynada hər şeyi əldə edə bilərlər», - İranın xarici işlər naziri qeyd edib.
Onun sözlərinə görə, hazırda «Hizbullah» və HƏMAS müstəqil şəkildə “lazım olan silahları istehsal edə bilərlər”.
Rüfət
AzPolitika.info


Şərhlər