Menu

Mirzoyan fransalı həmkarı ilə Ermənistan-Azərbaycan münasibətlərindəki son vəziyyətdən danışıb

11.12.2023, 21:47
Mirzoyan fransalı həmkarı ilə Ermənistan-Azərbaycan münasibətlərindəki son vəziyyətdən danışıb

Ermənistan və Fransa xarici işlər nazirləri Ararat Mirzoyanla Ketrin Kolonna İrəvan-Bakı münasibətlərindəki son vəziyyətdən danışıblar.

"Report" xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Danışıqlar Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.

Görüşdə Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol