Menu

ABŞ-nin Suriyada neft yatağı yaxınlığındakı bazası raket atəşinə tutulub

11.12.2023, 21:49
ABŞ-nin Suriyada neft yatağı yaxınlığındakı bazası raket atəşinə tutulub

Suriyanın Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağının yaxınlığında yerləşən ABŞ-nin hərbi bazası raket hücumlarına məruz qalıb.

Bu barədə yerli radiostansiya hadisə şahidlərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ-nin hərbi obyektində bir neçə güclü partlayış səsi eşidilib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Əl-Cəbsa neft yatağı yaxınlığında (Həsəkə vilayətinin cənubu) Əl-Şəddadidə yerləşən daha bir hərbi bazasına raket sistemlərindən atəş açılıb.

Verilən məlumata görə, hərbi hədəflərə edilən hücumlara görə məsuliyyəti “İraqın İslam Müqaviməti” hərəkatı öz üzərinə götürüb.(Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol