Menu

Qarabağda saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq qrupu yaradılıb

12.12.2023, 12:18
Qarabağda saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq qrupu yaradılıb

Azərbaycanın Qarabağ bölgəsində saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq əməliyyat qrupu yaradılıb.

APA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, hazırda bütün istintaq hərəkətləri Azərbaycan qanunlarına, beynəlxalq konvensiyalara uyğun həyata keçirilir:

“Azərbaycan xalqı bu istintaqın gedişatı, onun nəticələri ilə bağlı tam məlumatlı olacaq. Biz bunu təmin edəcəyik. İstintaq başa çatandan sonra iş məhkəməyə göndəriləcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol