Menu

“Bakı ilə razılaşmışıq, əsirlərin qayıtmasını gözləyirik” – Simonyan

12.12.2023, 16:59
“Bakı ilə razılaşmışıq, əsirlərin qayıtmasını gözləyirik” – Simonyan

«Gözləyirik, düşünürəm ki, tezliklə məlumat olacaq». 

«AzPolitika.info» Ermənistan KİV-nə istinadla xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan dekabrın 12-də Bakıda olan erməni əsirlərin qayıtması ilə bağlı jurnalistlərlə söhbətində belə deyib.

“Razılıq əldə olunub, bununla bağlı heç bir xəbər yoxdur, heç bir dəyişiklik yoxdur, iş gedir”, - Simonyan əlavə edib.

Xatırladaq ki, İrəvan və Bakının birgə bəyanatı çərçivəsində Azərbaycan 32 erməni hərbi əsirini, Ermənistan isə iki azərbaycanlını azad edir. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol