Menu

Ermənistanda polis rəisləri həbs edilib – Korrupsiya komitəsi bir neçə rayonda əməliyyat keçirib

13.12.2023, 17:53
Ermənistanda polis rəisləri həbs edilib – Korrupsiya komitəsi bir neçə rayonda əməliyyat keçirib

Dekabrın 12-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bir neçə rayonda əməliyyat həyata keçirib.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, əməliyyatlar Sünik, Qafan və Gorus rayonlarını əhatə edib. Xəbərdə deyilir ki, əməliyyat tədbirləri nəticəsində Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları Gorus polis idarəsinin rəisi Muşeq Gevorkyanı və Qafan polis idarəsinin rəis müavini Vaqarşak Ginosyanı həbs edərək, İrəvana gətiriblər.

Hələ ki, istintaq sirri əsas gətirilərək, yüksək rütbəli polis zabitlərinin hansı səbəbdən saxlandığı açıqlanmır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol