Menu

Mask universitet açmağı planlaşdırır

13.12.2023, 23:28
Mask universitet açmağı planlaşdırır

“Tesla” və “SpaceX” şirkətlərinin, eləcə də “X” sosial şəbəkəsinin sahibi İlon Mask Texas ştatının Ostin şəhərində universitet açmağı planlaşdırır.

Bu barədə müvafiq vergi sənədlərini əldə edən “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, əvvəlcə təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat təmayüllü məktəb açılacaq. Sonra ən yüksək səviyyədə təhsilə həsr olunmuş universitet yaradılacaq. Bura təcrübəli müəllimlərdən ibarət olacaq.

Qeyd edək ki, Mask tərəfindən qurulan “Tesla” da Ostində yerləşir. (Qafqazinfo)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol