Menu

Şirvanda 12 yaşlı yeniyetmə qızılcadan ölüb

14.12.2023, 00:30
Şirvanda 12 yaşlı yeniyetmə qızılcadan ölüb

Şirvan şəhərində 12 yaşlı yeniyetmə qızılca xəstəliyindən ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, bir müddət əvvəl qızılca xəstəliyinə yoluxan şəhər sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu ağırlaşmış vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.

O, həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol