Menu

"Yaxın vaxtlarda Azərbaycanla sülh sazişi realdır" - Paşinyan

14.12.2023, 10:58
"Yaxın vaxtlarda Azərbaycanla sülh sazişi realdır" - Paşinyan

Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması realdır.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.

Onun sözlərinə görə, Ermənistan regionda kommunikasiyaların açılması üçün effektiv və konkret addımlar atmağa hazırdır: “30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır və bu gün biz regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə çox danışır və müzakirə edirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol