Menu

Zelenski ABŞ-nin Avropadakı Ordu Komandanlığına baş çəkib

15.12.2023, 01:16
Zelenski ABŞ-nin Avropadakı Ordu Komandanlığına baş çəkib

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyaya səfəri çərçivəsində Amerika Birləşmiş Ştatlarının Avropadakı komandanlığına baş çəkib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna dövlət başçısı Tvitter hesabında məlumat yayıb.

“Visbadendəki ABŞ Ordusunun Avropa Komandanlığını ziyarət etdim. Amerikanın Ukraynaya yüksək səviyyədə maddi-texniki yardım göstərdiyinə bir daha əmin oldum. Qələbə üçün bu bizə həqiqətən lazımdır”, - deyə prezident vurğulayıb.

Qeyd edək ki, Almaniya polisi bu gün Ukrayna Prezidenti Zelenskinin Almaniyaya planlaşdırılmayan səfəri barədə məlumat yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol