Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Etibar Rəsul oğlu İsmayılova

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Şahin Əyyub oğlu Mirzəyevə

“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi

daxili xidmət polkovniki Aqşin Böyükağa oğlu Kazımova

daxili xidmət polkovniki Asif Eltufat oğlu Məmmədliyə.

Qeyd edək ki, general-mayor ali hərbi rütbəsi verilən Şahin Mirzəyev hazırda Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri vəzifəsini tutur. O, daha əvvəl FHN-in Şimal Regional Mərkəzinin rəisi və digər vəzifələrdə çalışıb.

Fotoda Şahin Mirzəyev

Daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilən Asif Məmmədli isə hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi vəzifəsində çalışır. O, bir müddət əvvəl FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini vəzifəsindən azad edilərək DYMX-nin rəisi təyin edilib.

Fotoda Asif Məmmədli

Daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilən digər polkovnik Aqşin Kazımova gəlincə, o, hazırda Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis vəzifəsində çalışır.

Fotoda: Aqşin Kazımov

Qeyd edək ki, Prezidentin sərəncamı ilə general-mayor Etibar İsmayılovun də rütbəsi artırılıb. General-leytenant rütbəsi verilən E.İsmayılov hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir.

Fotoda: Etibar İsmayılov