Menu

Navalnı ağır şəraiti olan həbsxanaya göndərilir

15.12.2023, 16:13
Navalnı ağır şəraiti olan həbsxanaya göndərilir

Rusiya müxalifətinin lideri Aleksey Navalnı xüsusi rejimli koloniyaya aparılacaq.

“AzPolitika.info” Rusiya mediasına istinadla xəbər verir ki, bu, Vladimir məhkəməsinin yaydığı açıqlamadan bəlli olub.

Hakim Federal Penitensiar Xidmətin regional bölməsinin 12 dekabr tarixli arayışını oxuyaraq Navalnını hazırki dövrə qədər saxlanıldığı 6 nömrəli koloniyanı Vladimir vilayətinin hüdudlarından kənarda yerləşən islah müəssisəsinə dəyişib.

Xatırladaq ki, Moskva Şəhər Məhkəməsinin 4 avqust 2023-cü il tarixli hökmü ilə Navalnı ekstremist icma yaratmaq və maliyyələşdirmək ittihamı ilə cəzasını xüsusi rejimli koloniyada çəkmələ 19 il müddətinə azadlıqdan məhrum edilib.

Navalnının hara göndəriləcəyi dekabrın 18-də məlum olacaq.

Rusiyada “Qütb Bayquşu”, “Qara Delfin” və “Ağ Qu quşu” da daxil olmaqla 30-a yaxın xüsusi rejimli koloniya var. Qanuna görə, ömürlük azadlıqdan məhrum edilmiş kişilər və ya xüsusilə təhlükəli cinayətləri təkrar törədənlər cəzalarını orada çəkirlər.

Navalnının mətbuat katibi Kira Yarmışın sözlərinə görə, Federal Penitensiar Xidmətin məlumatına görə, siyasətçi dekabrın 11-də koloniyadan aparılıb, lakin dekabrın 6-dan vəkillərə onunla görüşə icazə verilməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol