Menu

Qəzza zolağında İsrail ordusunun itkiləri 450 əsgəri ötüb

17.12.2023, 11:33
Qəzza zolağında İsrail ordusunun itkiləri 450 əsgəri ötüb

Fələstin-İsrail münaqişəsinin yeni eskalasiyası başlayandan bəri ölən İsrail hərbçilərinin ümumi sayı 450-ni ötüb.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən məlumat verib.

Belə ki, son 24 saat ərzində iki israilli hərbçi - çavuş Cozef Avner Doran və çavuş mayor Şalev Zaltsman həlak olub. İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri HƏMAS-a qarşı döyüşlərdə həlak olan əsgərlərin sayı 121-ə çatıb.

Eyni zamanda, Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsinin başlanmasından bəri həlak olan İsrail hərbçilərinin ümumi sayı artıq 450-ni keçib.

Şərhlər

dadaşyev 2023-12-17 12:38:00

Israil biabırçı məğlubiyyətə məhkumdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol