Menu

Zahid Oruc rəsmən MSK-ya müraciət edib

17.12.2023, 12:00
Zahid Oruc rəsmən MSK-ya müraciət edib

7 fevral 2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc rəsmən Mərkəzi Seçki Komissiyasına müraciət edib.

"Report" xəbər verir ki, qanunvericiliyə uyğun olaraq, ilkin bildiriş və öhdəlik sənədlərinin tərtibi ilə proseslərə start verilib.

Mərkəzi Seçki Komissiyası sənədlərin qanunlara uyğunluğunu yoxladıqdan sonra namizədliyin müdafiəsi üçün imza vərəqlərinin verilməsini həyata keçirəcək. Namizədin Seçki Qərargahı yaradılaraq, müvafiq Fəaliyyət planının hazırlanması üçün addımlar atılıb. Növbəti görülən işlərə dair mütəmadi qaydada ictimaiyyətə məlumatlar veriləcəkdir.

Şərhlər

Vətən dashi 2023-12-17 17:37:29

Sosial tədqiqatı dan bu millət bir xeyr gormədi indi də prezident olmaq istəyir.

BAKILI 2023-12-17 17:00:31

Zahide milletin yarisindan coxu ses verecek

Famil 2023-12-17 13:31:40

Tulanırıq keçməyə çay gəlməmiş.Ay kişi,Zahiddən Prezodent olat?İnsan özünə hğrməti itirəndə,yerini bilməyəndə belə hallar baş verir.....

dadaşyev 2023-12-17 13:07:34

Aaaaa!Demək zarafat etmirmiş!Buuuy!Gördün aaaz?! A balam,bəs dünənə qədər cənab Prezidentimizin həyatın hər sahəsində gördüyü bunca böyük işlərdən ağızdolusu danışan sən deyilmiydin?Hansı işlər qalıb ki o işləri ancaq sənin prezident olacağın halda yerinə yetirilə biləcəyinə əminsən?Belə bir əminliyin yoxdursa,xeyir ola,bu nə namizədlikdi?Həmişə demirdinmi cənab Prezidentimizə alternativ yoxdu?Belədirsə sənin və ya digərlərinin namizədliyi nə üçündü,hə? Elə-belə? Mırta? A balam,bu prezident seçkisidi ee,hər adamdan nə prezident olar,nə namizəd.Aaaa!Ələsgəəər! Nə var eeəəələsgəər!”---Yoldaş sədr,buna da kolxozda bir iş verin,gedib pambıq yığsın. ---O əllərin sahibi pambıq yığar?Heç olmasa göndərim selpoya,nöyütdən-zaddan satsın.”

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol