“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
"AzPolitika.info" xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan çempionu Portuqaliya klubu “Braqa”ya rəqib olub.
İlk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.
Digər cütlüklləri təqdim edirik:
“Feyenoord” (Niderland) - "Roma" (İtaliya)
“Milan” (İtaliya) - "Renn" (Fransa)
“Lans” (Fransa) - "Frayburq" (Almaniya)
“Yanq Boyz” (İsveçrə) - "Sportinq" (Portuqaliya)
“Benfika” (Portuqaliya) - “Tuluza” (Fransa)
“Qalatasaray” (Türkiyə) - "Sparta" (Praqa, Çexiya)
“Şaxtyor” (Ukrayna) - "Marsel" (Fransa)
"AzPolitika.info"


Şərhlər