Keçən ilin fevralından - Ukraynanın işğalı başlayandan bəri Rusiyanın Sakit Okean Donanmasının 155-ci Dəniz Briqadası ən azı 234 əsgərini itirib. Ağır yaralılar, öldürülənlər və itkinlər nəzərə alınmaqla briqadanın ümumi itkiləri 1450 nəfər ola bilər. Bu rəqəm briqadanın döyüş qüvələrinin yarısını təşkil edir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə BBC məlumat yayıb. “Mediazona” nəşri ilə birgə açıq mənbələrdən istifadə etməklə ölən 234 hərbçinin adı müəyyən edilib. Qeyd olunur ki, bu, Çeçenistanda 10 illik müharibə zamanı briqadanın itkilərindən 4 dəfə çoxdur. Ölənlər arasında zirehli xidmət rəisi, polkovnik-leytenant Sergey Moskviçev, dörd mayor və beş kapitanın da yer aldığı azı 18 zabitin olduğu bildirilir.
Primorye və qonşu bölgələrdəki qəbiristanlıqlardakı hərbçi qəbirlərinin yerini öyrənən jurnalistlər briqadanın faktiki itkilərinin təxminən 470 nəfər ola biləcəyini qeyd edirlər. Ağır yaralıların təxmini sayı 940 nəfər ola bilər, çünki cari müharibə zamanı həlak olan hər əsgərə 1,7-2 ağır yaralı düşür.
Qeyd olunur ki, Ukraynanın işğalı zamanı dəniz piyadaları adətən birləşmiş silahlı birləşmələrə verilən tapşırıqları yerinə yetirirdilər: məsələn, düşmən mövqelərinə piyada hücumu. Onlar ən böyük itkiləri müharibənin ilk günlərində Kiyev vilayətində veriblər. Ukrayna hakimiyyəti bu briqadanın döyüşçülərini Buçada hərbi cinayətlər törətməkdə ittiham edir.
2022-ci il martın sonunda Vladimir Putin Sakit Okean Donanmasının 155-ci Dəniz Briqadasını təltif edib. O vaxta qədər Ukrayna tərəfi briqadanın müharibənin ilk ayında böyük itkilər verdiyini və faktiki olaraq məhv edildiyini bildirdi. Müdafiə Nazirliyi itkiləri təsdiqləməyib.
“AzPolitika.info”


Şərhlər