Hazırda həbsdə olan “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Qeyd olunur ki, jurnalist hazırda Səbail Rayon Polis İdarəsinə gətirilib, ona qarşı Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq) maddəsinin verilməsi üçün hazırlıqlar görülür, dindirilmələr aparılır.
Xatırladaq ki, Əziz Orucov noyabrın 27-də saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə cinayət işi açılıb və 3 aylıq həbs qətimkan tədbiri seçilib.
“AzPolitika.info”


Şərhlər
Maraqlı ölkədə yaşayırıq ,tuturlar ,sonra ittiham irəli sürürlər ,bir azdan Stalinin zəhərlənməsini də onun boynuna qoyacaqlar