Menu

Fransa parlamenti Fələstinin tanınması üçün müzakirələrə başlayır

28.11.2014, 18:42

fransa-bayraqi-mainNoyabrında 28-də Fransa parlamentində Fələstini müstəqil dövlət kimi tanımaqla bağlı müzakirələr başlanır.

Müzakirələr nəticəsində deputatlar hökumətə Fələstinin tanınması üçün müraciət etməyi nəzərdə tuturlar.

Dekabrın 2-də Fransa parlamentinin aşağı palatasında məsələylə bağlı səsvermə keçiriləcək.

Bugünə qədər artıq Britaniya, İrlandiya və İspaniya parlamentləri Fəslətinlə-İsrail arasında danışıqların çox yavaş getməsi və nəticəsiz qalmasına etiraz olaraq bu cür müzakirələr keçirib və hökumətə çağırışlar ediblər. İsveç hökuməti isə artıq Fələstini rəsmən tanıyıb.

Noyabrın 24-də BMT-nin Baş katibi Ban Ki-moon bildirib ki, beynəlxalq ictimaiyyət İsrail-Fələstin münaqişəsinin siyasi həlli üçün yetərli irəliləyişlər əldə edə bilmədiyindən artıq ayrı-ayrı ölkə Fələstinin tanınması üçün addmlar atmağa vadar olublar. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol