Menu

“SOS” qana ehtiyacı olanlara dəstək oldu - AKSİYA

19.12.2023, 14:03
“SOS” qana ehtiyacı olanlara dəstək oldu - AKSİYA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" dövlət proqramı, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə“ proqramına dəstək məqsədi ilə "Security Operation Services" Məhdud Məsuliyyətli Cəmiyyəti qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün aksiyaya qoşulub.

Adıçəkilən şirkətdən Gununsesi.info-ya verilən məlumata görə, “SOS” 2021-ci ildən bu günə kimi humanist xarakterli aksiyaya davamlı olaraq qoşulur.

“Azərbaycan Respublikasında talassemiya və hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunurlar və bu həssas sahə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər əhalinin daha sağlam gələcəyi üçün nəzərdə tutulur” - deyə açıqlamada bildirilir:

Qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrin həyatda qalmalarına mənfi təsir göstərə bilər, qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan xəstələrə dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Securityu Operation Services Məhdud Məsuliyyətli Cəmiyyəti 18 dekabr 2023-ci il tarixində Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar könüllü qanvermə aksiyası keçirdi.

8 dekabr 2023- cü il tarixində şirkətin Astara şəhərində fəaliyyət göstərən qrupunda da aksiya həyat keçirilmişdir.

Qanvermə zamanı donorların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həkim-hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunaraq, hərtərəfli tibbi müayinədən sonra 100 nəfər donordan qan götürülmüşdür.

Götürülən qan nümunələri labaratoriyada yoxlanıldıqdan sonra qana ehtiyacı olan xəstəliklər üçün istifadə olunacağı bildirildi.

Humanist xarakterli aksiyaya qoşuldugu ucun, qan donorluğunda fəal istirakına və minlərlə qana ehtiyacı olan insanın həyatını xilas etdiklərinə görə, “Security Operation Services” MMC Milli Hemotologiya və Transfuziologiya Mərkəzi tərəfindən 2022 və 2023-cü ildə qan donorluğunun təşkilatçılıgında fəal işirakına və verdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif edilmişdir.

Şərhlər

ibad 2023-12-19 16:06:04

Iscilerine de yaxwi maaw versin...

Vüqar Məhərrəmov 2023-12-19 15:33:24

Halal olsun SOS MMC-yə, həmişəki kimi ölkəmizdəki bütün tədbirlərdə fəal iştirak edir .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol