Menu

Azərbaycanın PUA bölmələri şərti düşmənin yerüstü hədəflərini zərbələrlə məhv ediblər - VİDEO

19.12.2023, 16:03
Azərbaycanın PUA bölmələri şərti düşmənin yerüstü hədəflərini zərbələrlə məhv ediblər - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunaraq dəqiq aviasiya zərbələri ilə məhv edilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər.

Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol