Menu

MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

19.12.2023, 16:11
MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Müzakirələrdən sonra İlham Əliyevin Prezident seçkilərinə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol