Menu

Toyuqların və xoruzların hesabına "Palmali" gəmisində İŞ - ŞOK DƏLƏDUZLUQ

19.12.2023, 19:31
Toyuqların və xoruzların hesabına "Palmali" gəmisində İŞ - ŞOK DƏLƏDUZLUQ

Bakıda iki qadına qarşı dələduzluq edilib.

Lent.az-ın məlumatına görə, paytaxt sakini olan G. Gülmalıyev dələduzluqda təqsirli bilinir.

Məlumata görə, iki qadına “Palmali” şirkətlər qrupunun balansında olan gəmidə aşpaz köməkçisi düzəldəcəyini vəd edib. Bu məqsədlə onlardan ümumilikdə 5123 manat vəsait alıb. Bu pulların da bir hissəsi toyuq, xoruz, qoyun və s. kimi ev heyvanları olub. Lakin G. Gülmalıyev verdiyi vədi yerinə yetirməyib.

Aldadıldığını görən zərərçəkən qadınlar hüquq-mühafizə orqanlarına üz tutublar. Onların şikayəti əsasında Gülmalıyev məsuliyyətə cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi açılıb. Məhkəmə qərarı ilə barəsində polisin nəzarətinə verilmə haqqında qərar seçilib.

Cinayət işi üzrə ilk məhkəmə baxışı dekabrın 27-də keçiriləcək.

Şərhlər

Oxucu 2023-12-19 23:30:30

Azpolitika.info daha dəqiq..

Vəli 2023-12-19 22:08:21

Elə təqdim edirsiniz ki, sanki bu dələduzluğu Palmali şirkəti və Mübariz Mənsimov edib.

Oxucu 2023-12-19 20:42:59

Başlığın mövzuya aidiyyəti yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol