Birləşmiş Millətlər Təşkilatı (BMT) “Taliban”a bu qurumda yer verməkdən imtina edib.
Bu, üçüncü dəfədir ki, BMT-nin doqquz üzvdən ibarət Etimadnamə komitəsi Əfqanıstanda hakimiyyətdə olan “Taliban”a BMT-dəki nümayəndəsinə yer vermək istəyini rədd edir.
2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra “Taliban” hökuməti BMT-dən öz nümayəndəsinə Nyu-Yorkda yer ayırmaqla bağlı xahiş edib. “Taliban” hökuməti Dohadakı Taliban siyasi ofisinin keçmiş sözçüsü Suhail Şahini BMT-nin Nyu Yorkdakı daimi nümayəndəsi təyin edib.
Komitə BMT Təhlükəsizlik Şurasının üç daimi üzvündən - Rusiya, Çin və ABŞ-dən ibarətdir. Komitə ötən gün Nyu-Yorkda toplaşıb və müvəqqəti hökumətin beynəlxalq səviyyədə tanınmamasını əsas gətirərək “Taliban”ın namizədini təsdiqləməmək qərarına gəlib. Bu addım “Taliban”ın beynəlxalq tanınma cəhdləri üçün uğursuzluq kimi qiymətləndirilir. Bu o deməkdir ki, Əşrəf Qəni administrasiyası tərəfindən təyin edilmiş Nasir Amad Faiq Əfqanıstanı BMT-də təmsil etməyə davam edəcək.
BMT vurğulayıb ki, “Taliban” tanınmaq üçün beynəlxalq ictimaiyyətlə işləməli, o cümlədən qadınların hüquqları ilə bağlı öhdəlikləri yerinə yetirməli, inklüziv hökumət yaratmalı və beynəlxalq öhdəliklərə əməl etməlidir.
Diplomatik mənbənin “The Express Tribune”ə verdiyi məlumata görə, diplomatların BMT sisteminə akkreditasiyasını yoxlayan və təsdiqləyən doqquz nəfərdən ibarət etimadnamə komitəsi var: “Onun üç daimi üzvü var, bunlar ABŞ, Rusiya və Çindir ki, burada ABŞ çox təsir edir”.
Əfqanıstanda olduğu kimi, hökumətin devrilməsi halında, BMT-də akkreditə olunmuş diplomatlar dəyişdirilmədikcə və ya diplomatik statusları geri götürülənə qədər diplomatik status və imtiyazlardan istifadə etməyə davam edəcək.
SƏMLA
AzPolitika.info


Şərhlər