Menu

"Hazırda Ukrayna ilə sülh danışıqlarının aparılması üçün heç bir ilkin şərt yoxdur" - Kreml

20.12.2023, 15:00
"Hazırda Ukrayna ilə sülh danışıqlarının aparılması üçün heç bir ilkin şərt yoxdur" - Kreml

Hazırda Ukrayna ilə sülh danışıqlarının aparılması üçün heç bir ilkin şərt yoxdur.

Bunu jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, danışıqlar məsələsi aktual deyil: “Biz dəfələrlə demişik ki, danışıqlar üçün zəmin yoxdur”.

“Biz həqiqətən də inanırıq ki, danışıqlar mövzusu hazırda aktual deyil və biz dəfələrlə təkrar etmişik ki, bu danışıqlar üçün heç bir əsas, heç bir təməl və heç bir ilkin şərt yoxdur”, - Kreml nümayəndəsi Ukraynanın bəyanatlarını şərh edərkən deyib.

Prezident Vladimir Zelenski də bundan əvvəl bildirib ki, Rusiya Federasiyası ilə danışıqlar məsələsi indi aktual deyil.

Rüfət

«AzPolitika.info»

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol