Menu

"İsrailin Qəzzadakı hərbi əməliyyatı iflasa uğrayıb" - Abdullahiyan

20.12.2023, 22:29
"İsrailin Qəzzadakı hərbi əməliyyatı iflasa uğrayıb" - Abdullahiyan

İsrail ordusu Qəzza zolağında keçirdiyi hərbi əməliyyat uğursuzluğa düçar olub. Lakin ABŞ buna baxmayaraq, Yaxın Şərqdəki müttəfiqlərini dəstəkləməyə davam edir.

«AzPolitika.info» saytı TASS-a istinadla xəbər verir ki, bu açıqlama ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çıxış edib.

“Biz artıq ABŞ-ın Qəzza zolağında İsrail ordusunun hərbi cinayətləri ilə əlaqəli olmaq istəmədiyinə dair siqnallar alırıq, lakin eyni zamanda İsrail rejimini fələstinlilərə qarşı uğursuz hərbi əməliyyatında dəstəkləməyə davam edir”, - deyə Abdullahiyan Dohada Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşdə bildirib.

İran Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin əlavə edib ki, ABŞ-ın İsrailə gələcək dəstəyi yalnız onların siyasi və hərbi məğlubiyyətinin miqyasını artıracaq.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Abdollahian Dohada Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb və onunla Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə edib. Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol