“Moskva İrəvanla Bakı arasında ən kəskin ziddiyyətlərin aradan qaldırılması və sülh müqaviləsinin bağlanması istiqamətində fəaliyyətini davam etdirir”.
“AzPolitika.info” Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov xarici hərbi attaşelər üçün brifinqdə deyib.
General qeyd edib ki, Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması, eləcə də Ermənistanın Azərbaycanla ən kəskin probleminin həlli istiqamətində siyasi yollarla məqsədyönlü iş aparır. “Zaqafqaziyada vəziyyət gərgin olaraq qalır, lakin sabitləşməyə meyllidir”, - Gerasimov bildirib.
Onun sözlərinə görə, Rusiya hərbi kontingenti Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir.
“AzPolitika.info”


Şərhlər