Ukrayna Təhlükəsizlik Xidməti (UTX) müharibəni Kremlə yaxınlaşdırmaq üçün düşmənin arxa xəttində işlərini gücləndirir, prioritet hədəflər arasında Rusiyanın hərbi gəmiləri, hərbi bazaları, silah təchizatı üçün logistika dəhlizləri və digərləri var.
“AzPolitika.info” xəbər verir ki, bunu UTX rəisi, general Vasili Malyuk “Politico” nəşrinə müsahibəsində deyib: “UTX məqsədyönlü zərbələr endirir. Biz düşmənin düz ürəyinə iynə sancırıq. Hər bir xüsusi əməliyyatımız konkret məqsəd güdür və öz nəticəsini verir. Bütün bunlar birlikdə Rusiyanın Ukraynada müharibə aparmaq imkanını çətinləşdirir və qələbəmizi yaxınlaşdırır”.
Malyukun sözlərinə görə, Ukrayna hazırda Rusiyanın Qara dəniz donanmasını Krımdan çıxarmağa çalışır və UTX bunu bir vaxtlar Krım körpüsünü və bir sıra Rusiya gəmilərini vuran “Sea baby” dəniz dronlarının köməyi ilə edir.
Malyuk deyib ki, UTX zərbədən əvvəl hədəfləri diqqətlə seçir. Bu zaman hərbi hədəflər və ya düşmənin döyüş tapşırıqlarını yerinə yetirmək və ordunun maddi-texniki təchizatı üçün istifadə etdiyi hədəflər əsas götürülür.
UTX əməliyyatlarının əksəriyyətini Ukrayna ərazisində - Donbassda, Krımda və Qara dənizdə həyata keçirir: “Bu, bizim torpaqlarımızdır və biz onu işğalçılardan azad etmək üçün bütün mümkün üsullardan istifadə edəcəyik”.
“AzPolitika.info”

Şərhlər