İsrail tərəfi anklavda saxlanılan girovları azad etmək üçün Qəzza zolağında hərbi əməliyyatları iki həftə müddətinə dayandırmağa hazırdır.
«AzPolitika.info» xəbər verir ki, bu barədə İsrailin ərəbdilli “Makan-33” kanalı məlumat yayıb. Kanalın məlumatına görə, tərəflər hələ də razılığa gəlməyiblər, çünki HƏMAS hərəkatı bu təklifi rədd edir. Qüdsdəki mənbələrin dediyinə görə, İsrail həbsxanalarından fələstinli məhbusların, o cümlədən terrorizmdə təqsirli bilinənlərin azad edilməsi müqabilində onlarla qaçırılan insanın azad edilməsi şərti ilə iki həftəlik atəşkəsə hazırdır. Lakin bu mənbələrə görə, tərəflər “hələ də qarşılıqlı anlaşmadan uzaqdırlar”.
“Makan-33” xəbər verir ki, eyni zamanda, HƏMAS hazırkı mərhələdə hərbi əməliyyatların tamamilə dayandırılmasında və Qəzza zolağının əhalisinə humanitar yardımın göstərilməsində israr edir.
Rüfət
AzPolitika.info


Şərhlər