İsrail hazırda Qəzza zolağında hərbi əməliyyatların intensivliyini azaltmaq niyyətində deyil.
«AzPolitika.info» TASS-a istinadla xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Eli Koen “Yedioth Ahronoth” qəzetinə müsahibəsində deyib.
"Siyasi müzakirələrin son nəticələrinə əsasən, ən azından yaxın bir neçə həftə ərzində hərbi əməliyyatların intensivliyinin azaldılmasından söhbət gedə bilməz", - İsrail XİN rəhbəri vurğulayıb.
Eyni zamanda, nəşr hesab edir ki, yanvarın ortalarına qədər Fələstin anklavında döyüşlər tədricən səngiyəcək, çünki yeni humanitar pauzanın baş verməsi ehtimalı var. «Yediot Ahronot» qeyd edir ki, ehtiyatda olan əsgərlərin əksəriyyəti vətənə qayıda biləcək və hərbçilər İsrail ərazisini Qəzza zolağından ayıracaq bir kilometr enində bufer zonası hazırlamağa başlayacaqlar. Qəzetin fikrincə, hərbi əməliyyatların gözlənilməz səngiməsi İsrail Müdafiə Qüvvələrinin quru əməliyyatlarının sürətlə genişlənməsindən xəbər verir, ehtimal ki, yaxın gələcəkdə mümkün atəşkəsdən əvvəl ən əlverişli mövqeləri tutmağa yönəlib.
Rüfət
AzPolitika.info


Şərhlər