Menu

Moskvada Yeni il şənliklərində atəşfəşanlıq olmayacaq

21.12.2023, 18:17
Moskvada Yeni il şənliklərində atəşfəşanlıq olmayacaq

Rusiyanın paytaxtı Moskvada Yeni il şənliklərində atəşfəşanlıq olmayacaq.

“Report” TASS-a xəbər verir ki, bu barədə Moskva meriyasından bildirilib.

Məlumata görə, Yeni il bayramı atəşfəşanlıq olmadan qeyd ediləcək.

Bildirilib ki, Rusiyanın 20 regionunda, o cümlədən Murmansk, Ryazan, Kurqan, Voloqda, Lipetsk, Rostov, Stavropol, Perm, Krasnodar, Başqordıstan, Kabardin-Balkariya, Komi, Xantı-Mansi Muxtar Dairəsində də ənənəvi atəşfəşanlıq olmayacaq.

Qeyd edək ki, ötən il də Moskvada Yeni il şənliklərində atəşfəşanlıq olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol