Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişləri müzakirə edir.
“Report” xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin TASSa müsahibəsində bildirib.
S.Kopırkinin qeyd edib ki, bəzi fərdi müqavilələrdə, həqiqətən də, Rusiya müəssisələrinin dövlət müdafiə sifarişini yerinə yetirmək üzrə öhdəlikləri ilə bağlı problemlər var: “Ancaq bu, Rusiya və Ermənistanın müvafiq idarələri arasında dialoqda həll olunan işçi məsələlərdir”.
Onun sözlərinə görə, ölkələr arasında hərbi-texniki əməkdaşlıq sahəsində bağlanmış demək olar ki, bütün müqavilələr vaxtında və yüksək keyfiyyətlə tamamlanıb.
Səfir Ermənistanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq çoxillik ənənəyə malik olduğunu vurğulayaraq deyib: “RF ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlığın inkişafı 2013-cü il iyunun 25-də imzalanmış sazişə əsaslanır”.
Qeyd edək ki, Ermənistan bir sıra silah və hərbi texnikanı almaq üçün Rusiyaya ödəniş etsə də, qarşı tərəf indiyədək onu tədarük etməyib.
Bir müddət əvvəl Ermənistanın baş nazir Nikol Paşinyan bildirmiş ki, rəsmi İrəvan Rusiyadan silahları hələ də almayıb, bu problemin həlli yolları müzakirə olunur.
Paşinyan Ermənistanın Rusiyaya silaha olan borcunun ödənilən məbləğdə azaldığını da qeyd etmişdi. Bundan başqa o, RF-nin hazırda özünün də silaha ehtiyacı olduğu vurğulamışdı.


Şərhlər