Menu

Partlayışda 218 erməni ölüb – İstintaq Komitəsi açıqladı

22.12.2023, 11:30
Partlayışda 218 erməni ölüb – İstintaq Komitəsi açıqladı

Bu ilin sentyabr ayında Xankəndidə yanacaq-sürtkü materialları anbarında baş vermiş partlayış nəticəsində 218 nəfər həlak olub, 120 nəfər yaralanıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən İctimai Televiziyaya bildirilib.

Qeyd olunur ki, ölən 218 nəfərdən 135-nin şəxsiyyəti müəyyən edilib.

Partlayış zamanı anbarda 1000-ə yaxın insan olub. İstintaq Komitəsinin məlumatına görə, anbarda 300 min litr yay, 77 min litr qış dizel yanacağı və 42 min litrə yaxın benzin olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol