“Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişləri müzakirə edirlər”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
“Bəzi fərdi müqavilələrdə Rusiya müəssisələrinin dövlət sifarişini yerinə yetirmək üzrə öhdəlikləri ilə bağlı məsələlər var. Lakin bu, Rusiya və Ermənistanın müvafiq idarələri arasında dialoqla həll olunan işçi məsələlərdir”, - deyə Rusiya diplomatik missiyasının rəhbəri qeyd edib.
Kopırkinin sözlərinə görə, demək olar ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində bağlanmış bütün müqavilələr vaxtında və yüksək keyfiyyətlə tamamlanıb.
Səfir vurğulayıb ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq keçmiş ənənəyə malikdir və Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında hərbi-texniki əməkdaşlığın inkişafına dair 25 iyun 2013-cü il tarixli sazişə əsaslanır.
“AzPolitika.info”


Şərhlər