ABŞ prezidenti Co Baydenin administrasiyası iki il əvvəl Səudiyyə Ərəbistanına hücum silahlarının tədarükünə qoyulan məhdudiyyətləri yumşaltmağı planlaşdırır.
«AzPolitika.info» saytı xəbər verir ki, bu barədə cümə axşamı Amerika administrasiyasının rəsmilərinə istinadən «The New York Times qəzeti» məlumat yayıb.
Onun sözlərinə görə, belə bir addıma səbəb krallığın Yəmənin üsyançı «Ənsar-Allah» (Husi) hərəkatının nümayəndələri ilə danışıqlar aparması olub.
Nəşrin qeyd etdiyi kimi, Amerika silahlarının ən böyük alıcısı olan Səudiyyə Ərəbistanı gələcəkdə mümkün toqquşmalara qarşı Yəmənlə cənub sərhədini gücləndirmək istəyir. Bundan əlavə, Ər-Riyad nümayəndələri şəxsi söhbətlərində Yaxın Şərq regionunda mümkün eskalasiyaya hazır olmaq lazım olduğunu bildirirlər.
Qeyd olunur ki, silah tədarükünə qoyulan məhdudiyyətlərin yumşaldılması müddəti hələ müəyyən edilməyib, üstəlik, Amerika lideri fikrini dəyişə bilər və Konqresin bəzi nümayəndələri belə bir addımın əleyhinədirlər. ABŞ administrasiyasının bir neçə rəsmisi bu il Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik münasibətlərin bərpası ilə eyni vaxtda tədarük məhdudiyyətlərinin yumşaldılmasında maraqlı olub. Lakin Fələstin-İsrail münaqişəsinin gərginləşməsi səbəbindən bu məsələ ilə bağlı danışıqlar dayandırılıb.
Rüfət
«AzPolitika.info»


Şərhlər