ABŞ Prezidenti Co Bayden növbəti dəfə qəribə hərəkətləri ilə gündəmə gəlib.
“AzPolitika.info” xəbər verir ki, paylaşılan görüntülərə əsasən Bayden çıxışını tamamladıqdan sonra arxaya çevrilib və qəribə hərkətlər etməyə başlayıb.
Xarici KİV-lərin yazdığına görə, həmin an Baydenin yaxınlığında heç kim olmayıb. Onun boşluqla qucaqlaşmağa çalışdığı iddia olunub.
Baydenin bu davranışı hər zaman olduğu kimi, bu dəfə də sosial şəbəkələrdə gülüşlə qarşılanıb.
Sosial şəbəkə istifadəçiləri əvvəlki çıxışlarında boşluqla salamlaşan Baydenin bu dəfəki hərəkətini “Bayden səviyyə qət edib” şəklində şərh ediblər.
Xatırladaq ki, Co Bayden ötən ilin aprelində 2024-cü ildə keçiriləcək prezident seçkisində iştirak edəcəyini açıqlayıb.
“AzPolitika.info”


Şərhlər