Menu

“Əvvəllər Qarabağda Putinin şəkillərini asırdılar...” – “Hər şey bir gündə dəyişdi”

22.12.2023, 17:20
“Əvvəllər Qarabağda Putinin şəkillərini asırdılar...” – “Hər şey bir gündə dəyişdi”

Ermənistan parlamentinin sədri Alen Simonyan növbəti dəfə Rusiyanın Ermənistanla müttəfiqlik vədlərinə və Qarabağdakı “sülhməramlı” statusuna riayət etməməsindən gileylənib.

“AzPolitika.info” xəbər verir ki, erməni mediasına açıqlama verən spiker Qarabağdakı ermənilərin bir zamanlar hər yerə Putinin şəkillərini asmalarını xatırladıb: “Düşünürəm ki, Ermənistan ictimaiyyəti və dağlıq Qarabağ əhalisi reallığı yaxşı bilir və Qarabağda baş verənlərdən məyusdur. Yəqin yadınızdadır, “Z” hərfi yazır, Putinin şəklini asırdılar, "Təşəkkür edirik, Rusiya" yazırdılar. Bütün bunlar bir gündə dəyişdi və biz rus sülhməramlılarının hərəkətsizliyini, onların erməni əhalisini Qarabağdan çıxarmasını gördük. Hesab edirəm ki, konkret, birbaşa açıqlamalar verməyə ehtiyac yoxdur”.

Simonyan bir daha “günahı” Kremlin üzərinə ataraq deyib ki, Qarabağı Azərbaycan ərazisi kimi Paşinyandan əvvəl Rusiya rəhbərliyi tanıyıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol