Madrid Ərəbistan yarımadası ilə Afrika arasında husilərə qarşı mübarizədə Avropanın Ağ Evə yardımına veto qoyub.
Maraqlıdır ki, əvvəlcə İspaniyanın özü bu əməliyyatda bütün Avropanın iştirakına nail olmağa çalışsa da, 24 saatdan sonra mövqeyini əksinə dəyişib. Sançes hökuməti bu qərarın səbəblərini açıqlamaqdan imtina edib.
Xatırladaq ki, son bir neçə həftə ərzində husilərin gündəlik hücumlarına cavab olaraq, Vaşinqton Qırmızı dənizdə əvvəlki onilliklərlə müqayisədə daha çox silahlı qüvvələr yerləşdirib.
ABŞ Avropadan başqa Fars körfəzi ölkələrindən də dəstək almağa çalışır ki, onların hərəkətlərinin ərəblərə qarşı növbəti təcavüz olduğunu gizlədə bilsin.
Ancaq ABŞ-ın müttəfiqi olan ərəb ölkələri də bunun müsəlman dünyasındakı imiclərinə zərbə vurulacağından ehtiyatlanırlar və buna görə də Vaşinqtona rədd cavabı veriblər. (Mənbə: KP.ru “Telegram”)


Şərhlər