Menu

Ukrayna ordusunda irimiqyaslı korrupsiya - 40 milyon dollar oğurlanıb

23.12.2023, 14:18
Ukrayna ordusunda irimiqyaslı korrupsiya - 40 milyon dollar oğurlanıb

Ukrayna Müdafiə Nazirliyinin əsas idarələrindən birinin rəisi ordu üçün artilleriya mərmilərinin alınmasına ayrılmış 40 milyon dollara yaxın vəsaitin oğurlanmasında şübhəli bilinərək saxlanılıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna hüquq-mühafizə orqanları məlumat yayıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, 2022-ci ilin dekabrında həmin məmur xüsusi ixracatçı şirkətlə bir milyard yarım qrivna dəyərində topdansatış müqaviləsi imzalayıb. SBU-nun press-relizində deyilir ki, pul şirkətin hesabına daxil olmayıb və daha sonra nazirlik eyni istehsalçı ilə eyni mərmilərin tədarükü üçün yeni müqavilə bağlayıb.

Baş Prokurorluq bildirib ki, məmur Ukrayna ordusunun və digər hərbi birləşmələrin qanuni fəaliyyətinə mane olmaqda, insanların ölümünə və ya digər ağır nəticələrə səbəb olmaqda şübhəli bilinərək saxlanılıb. Bu maddə ilə onu 15 ilə qədər həbs gözləyir.

2023-cü ilin sentyabrında Ukraynanın müdafiə naziri Aleksey Reznikov vəzifəsindən azad edilib. Şərhçilər səbəblərdən biri kimi departamentdəki korrupsiya qalmaqallarını göstəriblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol