Menu

İsrail ordusunun canlı qüvvə itkiləri artır

24.12.2023, 12:49
İsrail ordusunun canlı qüvvə itkiləri artır

İsrail ordusu Qəzza zolağında Fələstinin  HƏMAS hərəkatı ilə döyüşlər zamanı daha səkkiz əsgərin öldüyünü bildirib.

Ordunun mətbuat xidmətinin məlumatına görə, onların hamısı son 24 saat ərzində Fələstin anklavının mərkəzi hissəsində baş verən qarşıdurmalar zamanı həlak olub.

Yeni məlumatlar nəzərə alınmaqla Qəzza zolağında quru əməliyyatı zamanı ölən İsrail hərbçilərinin sayı 152-yə çatıb.

Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan indiyədək həlak olan yəhudi əsgər və zabitlərin ümumi sayı isə artıq 485-dir. (Mənbə: kpiz.ru)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol