Menu

PENTAQON İLK DƏFƏ İRANI İTTİHAM ETDİ – “Qırmızı dənizdə gəmilərə hücumların arxasında İran dayanır”

24.12.2023, 16:39
PENTAQON İLK DƏFƏ İRANI İTTİHAM ETDİ – “Qırmızı dənizdə gəmilərə hücumların arxasında İran dayanır”

Şənbə günü Hindistan sahillərində hücuma məruz qalan Yaponiyaya məxsus kimyəvi tankerə “İrandan buraxılan” pilotsuz təyyarə zərbə endirib. 

«AzPolitika.info» Qərb KİV-nə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Departamenti bəyanat yayıb.

İsrail Fələstinin HƏMAS qruplaşması ilə müharibəyə başladıqdan sonra, Pentaqon ilk dəfədir ki, İranı gəmilərə birbaşa hücum etməkdə açıq şəkildə ittiham edir.

Pentaqonun bəyanatında deyilir ki, şənbə günü Hind okeanına hücum yerli vaxtla saat 10:00-da (GMT 06:00) baş verib və gəminin göyərtəsində itkilərə səbəb olmayıb.

Yanğının söndürüldüyü qeyd edilir.

Pentaqonun bəyanatında deyilir: "ABŞ hərbçiləri gəmi ilə təmasdadır, gəmi Hindistandakı təyinat məntəqəsinə doğru davam edir".

Xəbərdə deyilir ki, pilotsuz təyyarənin zərbəsi Hindistan sahillərindən 370 kilometr aralıda baş verib.

Həmçin in qeyd olunur ki, «Chem Pluto» gəmisi Liberiya bayrağı altındadır və Hollandiya qurumu tərəfindən idarə olunur, lakin gəmi Yaponiya şirkətinə məxsusdur.

Dəniz təhlükəsizliyi şirkəti «Ambrey» bildirib ki, “kimyəvi məhsullar tankeri İsraillə əlaqəlidir” və Səudiyyə Ərəbistanından Hindistana gedirmiş”.

Son vaxtlar Qırmızı dənizdə İsraillə əlaqəsi olan gəmilərə hücumlar tez-tez baş verir. Yəmən husiləri hücumlara görə məsuliyyəti öz üzərinə götürərək, hərəkətlərini İsrailin Qəzza zolağına hücumlarına etiraz olaraq izah ediblər. Eyni zamanda, bu məsələdə “İranın köməyinə ehtiyac olmadığını” vurğulayıblar. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol