Menu

Rusiyada ağır yol qəzasında dörd nəfər ölüb

24.12.2023, 22:42
Rusiyada ağır yol qəzasında dörd nəfər ölüb

Rusiyada ağır yol qəzasında dörd nəfər ölüb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Rostov vilayətinin Baqaevski rayonunda qeydə alınıb.

Belə ki, Rostov-Volqodonsk magistralında “Hyundai Solaris” və “Kia Cerato” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerində polis əməkdaşları qəzanın baş vermə səbəblərini müəyyən etmək üçün işləyirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol