Rusiya müstəntiqləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanovu 104 terror aktında iştirakda ittiham edirlər.
«AzPolitika.info» TASS-a istinadla xəbər verir ki, Ukrayna kəşfiyyatının rəhbərini ikinci dəfə qiyabi həbs edən Moskvanın Basmannı məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
“Moskvanın Basmannı rayon məhkəməsinin qərarı ilə Budanov Kirill Alekseeviç barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.Müddət onun Rusiya Federasiyası ərazisinə ekstradisiya edildiyi andan hesablanır. Və ya Rusiya Federasiyasının ərazisində saxlandığı andan.Budanov K.A.Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsinin “a”, “c” bəndlərində nəzərdə tutulmuş 104 cinayət (terror aktı) törətməkdə ittiham olunur. Bu terror aklları bir qrup şəxs tərəfindən törədilmiş və ağır nəticələrə səbəb olmuşdur” , - deyə məhkəmənin mətbuat xidmətindən bildirilib.
Rüfət
AzPolitika.info


Şərhlər