Mərkəzi Seçki Komissiyası (MSK) daha 8 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb.
Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Daha sonra MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.


Şərhlər
Namızədlərin çoxunu heç tanıyan yoxdur. Bunlar 40.000 yox, heç 400 dənə imza yığa bilən adamlar deyil. M.Pənahov yenə öz repertuarındadır...
Prezident seçkisini uşaq baxcasına çevirmisiniz..Bu komedoyaya xaricdə nə deyəcəklər? luçşe vıborı otmenit.Çünki hələ iki il var..Hara və nəyə tələsirik?Bu biabırçı seçki ölkənin imicinə zərbə deyil?
Böyül quruluş,Böyül Azərbaycan.Bütöv Azərbaycan,Milli Cəbhə "partiyaları" hansı fəaliyyətlə məşğul olublar,neçə üzvü var,kimlərdir,cəmiyyət onları tanıyırmı? Belə girdirmə "partiyalar necə yaradılıb,necə qeydiyyata alınıb və fəaliyyətləri cəmiyyətdə görünübmü?axı bu qurama və fəaliyyətsiz,üzvlərin tanınmayan partiyalar niyə ləğv edilmir?Niyəbu sahədə dövlət nəarəti yoxdur?