"Dünya daha bir mümkün pandemiyaya hazır deyil".
APA DPA-ya istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş Epidemiyaya Beynəlxalq Hazırlıq Günü (27 dekabr) ilə bağlı bəyanatında deyib.
COVID-19 pandemiyasını xatırladan BMT Baş katibi bildirib: "Zəngin ölkələrin pandemiyaya qarşı tibbi ləvazimatlar yığması və onlara nəzarət etməsi səbəbindən meydana gələn əxlaqi və tibbi fəlakətdən imtina etməli və hər kəsin diaqnostika, müalicə və peyvəndlərə çıxışını təmin etməliyik".


Şərhlər